Elmar Abdullayev CSI2* Bahar Kubokunun qalibidir
Bugün Bahar Kubokuna yekun vurulmuşdur. Yarışın final günündə idmançılar 145 cm hündürlüyü olan Vaxta Qarşı yarışında qüvvələrini sınamışlar.Əsas hissədə cərimə xalı olmayan idmançılar turnirin qalibini müəyyənləşdirmək üçün təkrar sıçrayışda yarışmışlar. Elmar Abdullayev Concorde 57 ləqəbli atı ilə vaxt nəticəsinə görə bütün rəqiblərini qeridə qoyaraq turnirin qalibi olmuşdur. Yarışdan sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının idarə heyətinin üzvü cənab Mahir Muradov qalib idmançıları sertifikat və kubok ilə təltif etmişdir.Qeyd etmək istərdik ki, bu yarış Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyən idmançıların aktivinə xallar qazandırmışdır.

Xəbər 859 dəfə oxundu.