"Neftçi"nin futbolçusu Almaniyada əməliyyat olunub
"Neftçi"nin müdafiəçisi Məqsəd İsayev Türkiyədə tibbi yoxlanışdan keçdikdən sonra Almaniyaya yollanaraq orada əməliyyat olunub.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçunun menisk nahiyyəsində aparılan əməliyyat uğurla nəticələnib.

Hazırda müalicəsini davam etdirən futbolçu 4 gündən sonra komandanın düşərgəsinə qoşulacaq.

Məqsəd İsayev U-21 yığma komandasının heyətində "Qarabağ" klubu ilə keçirilmiş yoxlama oyununda zədələndiyindən, onun əməliyyat və müalicə xərclərini AFFA ödəyir.

Xəbər 747 dəfə oxundu.