Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2015” beynəlxalq şahmat turniri keçiriləcəkdir
Aprelin 16-dan 26-dək Synergy şirkətinin sponsorluğu ilə Şəmkirdə Azərbaycanın görkəmli şahmatçısı beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2015” beynəlxalq şahmat turniri keçiriləcəkdir. Super turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları - Vişvanatan Anand, Vladimir Kramnik, həmçinin Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Laqrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcəklər.

Ölkəmizin məşhur şahmatçısı Teymur Rəcəbov səhhəti ilə əlaqədar super turnirdə iştirak edə bilməyəcək. Onun əvəzində “Shamkir Chess 2015”də mübarizə aparacaq 10-cu şahmatçı İngiltərə təmsilçisi Maykl Adams olacaq.

Turnirin mükafat fondu 100 min avrodur.

Xəbər 735 dəfə oxundu.