Boks üzrə milli komandamız “Böyük İpək Yolu” turnirində güclü heyətlə çıxış edəcək
Xəbər verdiyimiz kimi, aprelin 15-də “Cristal Hall”da Avropa Oyunlarına boks üzrə sınaq xarakterli “Böyük İpək Yolu” beynəlxalq turnirinə start veriləcək. Beş gün davam edəcək yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparacaq. Yarış həm kişilər, həm də qadınlar arasında keçiriləcək.

Turnirdə ölkəmizi 29 idmançı təmsil edəcək. Kişilərin mübarizəsində Salman Əlizadə, Rüfət Hüseynov, Cavid Dadaşov (hər üçü 49 kq), Elvin Məmişzadə, Məsud Yusifzadə (hər ikisi 52 kq), Cavid Çələbiyev, Tayfur Əliyev, Kənan Hüseynəliyev (hər üçü 56 kq), Elvin İsayev (60 kq), Lorenzo Sotomayor, Cavid Quliyev, Zaur Abdullayev (hər üçü 64 kq), Tamerlan Abdullayev, Yevgeni Romaşkeviç (hər ikisi 69 kq), Kamran Şahsuvarlı, Xaybula Musalov, Nikolay Veselov (hər üçü 75 kq), Rauf Rəhimov, Vətən Hüseynli, Eldar Quliyev (hər üçü 81 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov və Kamran Mehdiyev (hər ikisi 91 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.

Qadınların yarışında ölkəmizi Anaxanm Ağayeva, Əzizə Abbasova (hər ikisi 51 kq), Anna Əlimərdanova (54 kq), Yana Alekseyeva (60 kq), Yelena Vıstropova (64 kq) və Leyla Cavadova (75 kq) təmsil edəcəklər.


Xəbər 887 dəfə oxundu.