"Dubay Open"də 7-ci turun oyunları başa çatıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 17-ci Dubay Open beynəlxalq şahmat turnirində 7-ci turun oyunları başa çatıb.

Qədir Hüseynov 7-ci turda Latviya təmsilçisi İqor Kovalenko üzərində qələbə qazanaraq aktivinə 5.5 xal yazıb. Eltac Səfərli Hindistan təmsilçisi Qabor Papp üzərində,Zaur Məmmədov Venesuelalı Bonelli Eduardo İturrizaqa üzərində qələbə qazanıb. Xəyalə Abdulla və Nail Bəşirli isə Hindistan şahmatçıları İnakio Rodriqesi və Amruta Sunil Mokalı məğlub edib. Zeynəb Məmmədyarova İordaniyalı Ahməd Al Katiblə xalları yarı bölüb.Günay Məmmədzadə və Nərmin Məmmədova isə 7-ci turda məğlub olublar.

Beləliklə, 7 turdan sonra Qədir Hüseynov,Eltac Səfərli və Zaur Məmmədov 5.5 xal toplayaraq liderlərdən yarım xal geri qalırlar. Nail Bəşirli , Xəyalə Abdulla və Günay Məmmədzadə 3.5 xal, Zeynəb Məmmədyarova və Nərmin Məmmədova 3 xal toplayıblar.

Turnirin liderləri 7 oyundan 6 xal toplayan Rusiyalı Vladimir Fodeseyv və ABŞ şahmatçısı Aleksandr Şabalovdu.

Xəbər 789 dəfə oxundu.