AFFA prezidenti yeni inşa edilən stadionla tanış olub
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezident Rövnəq Abdullayev Bakı şəhəri, 8-ci kilometr qəsəbəsində inşa edilən stadionda olub. İdman.com.az saytının məlumatına görə, tikinti işlərinin gedişi ilə tanış olan AFFA prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib. 8-ci kilometr qəsəbəsində inşa olunan stadion FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin startına 3 ay qalmış hazır olacaq. Dünya çempionatının bəzi oyunları bu stadionda keçiriləcək.

Xəbər 1026 dəfə oxundu.