Azərbaycan qılıncoynadanları Çində keçiriləcək dünya kubok yarışlarında iştirak edəcəklər
Mayın 2-3-də Çində qılıncoynatma üzrə dünya kubok yarışları keçiriləcək.

Bu barədə qılıncoynatmanın sabliya növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Əhmədov məlumat verib.

Onun sözlərinə görə yarışda Azərbaycanı Səbina Mikina, Fatimə İbrahimova , Sevil Bünyatova və Sevinc Bünyatova təmsil edəcəklər.

Qeyd edək ki, turnir milli komandamız üçün ilk Avropa Oyunlarına hazırlıq xarakteri daşıyacaq.

AZƏRTAC


Xəbər 1885 dəfə oxundu.