Abdulla Qədimbəyli beynəlxalq şahmat turnirin qalibi oldu
Aprelin 05-dən 12-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl-Eyn şəhərində keçirilən 15 yaşadək yeniyetmələr arasında beynəlxalq şahmat turniri başa çatıb.Turnirdə 20-dək ölkədən 100 zəka sahibi öz qüvəsini sınayırdı.Ölkəmizi Abdulla Qədimbəyli, Vüqar Əsədli ,İsmayıl İsmayılzadə, Asim İmanov,Akif Axundov təmsil edirdilər. Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi.

9 oyundan 8 xal toplayan həmyerlilərimiz-Abdulla Qədimbəyli və Vüqar Əsədli 1-2-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə Abdulla Qədimbəyli turnirin qalibi adını qazanıb,Vüqar Əsədli isə turnirin gümüş mükafatçısı olub. Asim İmanov 6.5 xalla 8-ci pillənin sahibi,İsmayıl İsmayılzadə isə 11-ci yerin sahibi olub.Akif Axundov isə 5 xal toplayaraq 39-cu yerdə qərarlaşıb.

Xəbər 877 dəfə oxundu.