Pelleqrininin istefası halında Mançester Sitini Vieyra çalışdıracaq
Mançester Siti rəhbərliyi Manuel Pelleqrinini mövsümün sonunda istefaya göndərmək fikrindədir. Mançester derbisindəki məğlubiyyət onların fikrini bir qədər də qətiləşdirib. Son 4 oyunda Siti cəmi 3 xal toplayıb. Hazırda komanda 4-cü yerə yuvarlanıb.

Mövsümün sonuna qədər istefa baş verərsə Mançester Sitiyə müvəqqəti olaraq Patrik Vieyra rəhbərlik edəcək.
Hazırda o , gənclər komandasını çalışdırır.

Xəbər 770 dəfə oxundu.