“Rabitə” voleybol klubu səkkizinci dəfə Azərbaycan Super Liqası yarışlarının qalibi olub
Qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışlarının qalibi müəyyənləşib.

Turnirin final seriyasının cavab oyunları çərçivəsində qızıl medal uğrunda görüşdə “Rabitə” və “Lokomotiv” komandaları qarşılaşıb.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan görüşdə “Rabitə” komandası 3:1 hesabı ilə qalib gəlib. Komandalar arasında ilk oyunda da “Rabitə” eyni hesablı qələbə qazanmışdı. İki oyunun nəticəsinə görə, “Rabitə” klubu səkkizinci dəfə Azərbaycan Super Liqası yarışlarının qalibi olub.

Beləliklə, “Rabitə” və “Lokomotiv” ölkəmizi Çempionlar Liqası, “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku, “Azərreyl” isə Çellenc kuboku yarışlarında təmsil edəcək.

Xəbər 936 dəfə oxundu.