Çingiz İsmayılovun yubileyi qeyd olunub
Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, uzun müddət “Neftçi” komandasının heyətində çıxış etmiş, futbolçu karyerasını başa vurduqdan sonra “Neftçi” klubunda və AFFA-da rəhbər vəzifələrdə çalışmış, eləcə də Azərbaycan televiziyası və radiosunda futbol oyunlarınl şərh etmiş Çingiz İsmayılovun 80 illik yubileyi qeyd olunub

Tədbirdə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu çıxış edərək assosiasiyanın rəhbərliyi və futbol ictimaiyyəti adından yubilyara təbrikləri çatdırıb, üzərində “Çingiz İsmayılov 80” yazılmış Azərbaycan milli komandasının futbolkasını futbol veteranına təqdim edib.

Xəbər 844 dəfə oxundu.