Ayşən Bayramova İtaliyada “bürünc” medal qazanıb
Azərbaycan gimnastı Ayşən Bayramova, İtaliyanın Pesaro şəhərində Dünya Kuboku ilə yanaşı keçən bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb.

Gürzlərlə çıxış edən Ayşən Bayramova 3-cü yerdə qərarlaşıb, 1-ci və 2-ci yerləri isə Rusiya və Belarus gimnastları bölüşüblər. Komanda yoldaşı Zeynep Çelep isə komanda hesabında 3-cü yerin bir neçə addımlığında dayanıb.

İlin əvvəlindən başlayaraq, çətin və maraqlı çıxışları ilə bədii gimnastika sevərləri təəccübləndirən yeniyetmələrdən ibarət komandamız çoxnövçülükdə çıxlarının nəticələrinə əsasən 5-ci yerdə qərarlaşıblar.

Bunlarla yanaşı, Dünya Kubokunda Marina Durunda, Gülsüm Şəfizadə və böyüklərədn ibarət komandamız da çıxış ediblər. Hər 4 finala çıxmağa müvəffəq olan Marina Durunda fəxri kürsüyə çıxmağın bir neçə addımlığında dayanıb.

Xəbər 831 dəfə oxundu.