Həsənov Azər Kamal oğlu
Həsənsoy Azər Kamal oğlu 1960-cı ildə anadan olub.
1978-1983-cü illərdə BDU-nun tətbiqi-riyaziyyat fakültəsini bitirib. 1979-cu ildə “Dinamo” idman cəmiyyətinin karate bölməsində məşğul olmağa başlayıb. SSRİ idman ustasıdır. 1988-ci ildən Çin döyüş növü olan UŞU ilə bağlı seminarlarda iştirak edib və “UŞU ustası” adına layiq görülüb. 1989-cu ildən respublikada uşu bölmələrini yaradıb və rəhbərlik edib. 1991-ci ildə Şərq Döyüş Sənətləri Federasiyasının prezidenti seçilib. 1992-2004-cü illərdə Azərbaycan Taekvando Federsiyasının təsis komitəsinin sədri, vitse-prezidenti vəzifəsində çalışıb. 1995-ci ildən Azərbaycan Uşu Federasiyasının prezidentidir. “Beynəlxalq dərəcəli hakim” fəxri adına layiq görülüb. 1992-ci ildə kikboksinq, 1998-ci ildə isə Muay-tau döyüş növlərini Azərbaycanda inkişaf etdirib. Asiya Kikboksinq Federasiyasının vitse-prezidentidir. Yetirmələri dünya, Avropa və Asiya çempionatlarının qalibi və mükafatçılarıdır. Hal-hazırda Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının və Azərbaycan Uşu Federasiyasının prezidentidir. Eyni zamanda uşu, muay-tau üzrə seçmə komandaların baş məşqçisidir.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 4708 dəfə oxundu.