Bakıda konkur üzrə “Bahar kuboku” beynəlxalq turnir keçiriləcək
9-11 Aprel 2015-ci il tarixlərdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Binə Atçılıq Mərkəzi”-nin açıq manejində atçılığın konkur növü üzrə “Bahar Kuboku” adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Turnirə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, İran və s. ölkələrin idmançıları dəvət olunub. Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 50-ə yaxın atın iştirakı gözlənilir.Turnirə Azərbaycan, Türkiyə, Rusiya,Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 53,000 Euro təşkil edir. Tamaşaçılar üçün giriş pulsuzdur.Həmçinin yarışı İdman TV kanalından izləyə bilərsiniz.

Xəbər 1181 dəfə oxundu.