Avropa çempionatında çıxış edəcək idmançılarımızın vaxt cədvəli məlumdur
Bildiyiniz kimi, aprelin 9-18-də Gürcüstanın paytaxtı Tiflis şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçiriləcək. Bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak etməsi gözlənilir.

Bu turnirdə Azərbaycan və Moldova yığmasının da atletləri çıxış edəcəklər. Bu komandaların heyətində “Zirvə” İdman Klubunun nümayəndələri də vardır. Bütün atletlərin çıxışını izləmək üçün idmançıların körpücük üzərinə çıxacaqları vaxtı öyrəndik. Aşağıdakı cədvəldə bununla tanış ola bilərsiniz:

11 aprel
Oleq Sırgi Kişinyov-Zirvə 56 kq A 21:00
Alıyev Elmar - 56 kq A 21:00

12 aprel
Xristov Valentin - 62 kq A 15:00
Sergey Çeşir Kişinyov-Zirvə 69 kq A 21:00

13 aprel
Boyanka Kostova - 58 kq A 21:00

14 aprel
Əfqan Bayramov - 77 kq B 17:30
İvan Stoitsov - 77 kq A 21:00
Dumitru Kaptari Kişinyov-Zirvə 77 kq A 21:00

16 aprel
Anastasiya İbrahimli Abşeron-Zirvə 69 kq A 18:00

17 aprel
Natalya Prişepa Kişinyov-Zirvə 75 kq A 18:00

18 aprel
Adrian Zbirnea Kişinyov-Zirvə 105 kq A 12:00

Xəbər 785 dəfə oxundu.