“Sumqayıt” futbol klubu “Bakı” ilə heç-heçə edib
Topaz Premyer Liqasında 29-cu turun oyunları keçirilib. “Sumqayıt” futbol klubu “Kapital Bank Arena”da “Bakı” ilə qarşılaşıb.

Maraqlı mübarizə şəraitində keçən oyunda qapılara qol vurulmayıb və komandalar meydandan 1 xalla ayrılıb.

Qarşılaşmadan sonra mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov jurnalistlərə açıqlamasında belə deyib: “Futbolçular bacarıqlarını ortaya qoydular. Biz qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, meydanda iki eynisəviyyəli komanda mübarizə aparırdı. Bir qol nəticəni müəyyənləşdirəcəkdi. Bunu heç bir komanda edə bilmədi. Zənnimcə, nəticə oyuna görə oldu”.

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca isə bildirib: “Çox sürətli oyun oldu. Hər iki komanda çox yaxşı mübarizə apardı. Mən hər iki kollektivi təbrik edirəm. Biz akademiyada yetişən oyunçuların hesabına çıxış edirik. Hazırda oyun baxımından əsas problemimiz qol epizodları vaxtı tez düşünməməyimizdir. Buna rəğmən, sürətli oyun gördük. İstədiyimiz də budur”.

AZƏRTAC

Xəbər 773 dəfə oxundu.