Çimərlik futbolu üzrə İsveçrə millisi Avropa Oyunlarına hazırlığı davam etdirir
“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışlarda mübarizə aparacaq İsveçrə yığması yoldaşlıq görüşləri keçirib.

Avropa Oyunlarında Azərbaycan, Portuqaliya və Ukrayna ilə “A” qrupunda mübarizə aparacaq İsveçrə yığması İspaniyada təlim-məşq toplanışı çərçivəsində İngiltərə və Estoniya millilərinə qarşı oyun keçirib. İsveçrəlilər İngiltərə yığmasını 4:1, Estoniya yığmasını isə 13:3 hesabı ilə məğlub ediblər.


Xəbər 812 dəfə oxundu.