“Rabitə” və “Lokomotiv” voleybol klubları Çempionlar Liqası yarışlarında mübarizə aparacaqlar
Azərbaycan Voleybol Mərkəzində qadın voleybolçular arasında Super Liqa yarışlarının yarımfinal mərhələsinin üçüncü oyunu təşkil olunub.

Yarımfinal mərhələsi çərçivəsində iki dəfə qarşılaşan “Lokomotiv” və “Azəryol” komandaları finala vəsiqə uğrunda üçüncü dəfə üz-üzə gəlib. Belə ki, hər iki komandanın aktivində 3:1 hesablı qələbə olub. Üçüncü görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən “Lokomotiv” Super Liqa yarışlarının finalına vəsiqə qazanıb.

Qızıl medal uğrunda görüşdə “Lokomotiv” komandası “Rabitə” ilə qarşılaşacaq. Hər iki komanda növbəti mövsümdə ölkəmizi Çempionlar Liqası yarışlarında təmsil edəcək.

Üçüncü yer uğrunda isə “Azəryol” və “Azərreyl” komandaları üz-üzə gələcək.

AZƏRTAC

Xəbər 991 dəfə oxundu.