Gənclər yığmamızın üzvü “Ankaragücü”nə qol vurdu
Ölkəmizin 21 yaşlılardan ibarət milli komandasının futbolçusu Cihan Özqara Türkiyə Superliqasında növbəti matçına çıxıb. İdman.com.az saytı xəbər verir ki, milliləşən futbolçumuz “Sivasspor”un “Ankaragücü” ilə ev oyununda meydana çıxıb. Komanda yoldaşını 61-ci dəqiqədə əvəzləyən Cihan, cəmi 6 dəqiqə sonra fərqi 3:0-a çatdırıb. Sivaslılar elə bu hesabla da qalib gəliblər. Özqaranın oyunu Türkiyə mətbuatı tərəfindən 6 bal ilə qitymətləndirilib.

Xəbər 950 dəfə oxundu.