Avropa oyunlarında medianın fəaliyyəti ilə bağlı görüş
Bakı 2015 1-ci Avropa Oyunlarının Təşkilat komitəsində iyunda bu mötəbər yarışın Media və İnformasiya işləri sahəsində görüləcək işlərlə bağlı görüş keçirilib.

Görüşdə Təşkilat komitəsinin Mətbuat məlumatları meneceri Mari İrvin, Mətbuat əməliyyatları rəhbəri Loreyn Rolston, Yarış zalının mətbuat əməliyyatları meneceri Dusan Zivkoviç və Mətbuat əməliyyatları mütəxəssisi Pirim Pirimov, həmçinin Azərbaycan Milli Karate Federasiyasının İnformasiya və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov iştirak edib.

Təşkilat komitəsinin nümayəndələri Avropa oyunlarının ilk günlərində keçirilən karat yarışlarında informasiya ötürülməsi, idman jurnalistləri və mətbuat xidməti nümayəndələrinin fəaliyyət hüquqları, eləcə də onların sərbəst çalışmaları üçün yaradılacaq yüksək səviyyəli şəraitlə bağlı ətraflı məlumat veriblər.

Xəbər 829 dəfə oxundu.