Qadın güləşçilərimiz Bolqarıstanda təlim-məşq toplanışında
Qadın güləşi üzrə yığma komandanın üzvləri qarşıdan gələn beynəlxalq yarışlara və Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqlarını Bolqarıstanın Belmeken təlim-məşq bazasında davam etdirir.

Aprelin 6-dan başlayan təlim-məşq toplanışında 10 güləşçimiz iştirak edir. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında Bolqarıstana Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Elis Monolova, Raqnetta Qurbanzadə (hər ikisi 63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 75 kq) yollanıb.

Təlim-məşq toplanışı aprelin 23-dək davam edəcək. Daha sonra güləşçilərimiz Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnirdə qüvvələrini sınayacaq.

Xəbər 728 dəfə oxundu.