“Bayramdan sonra hazırlığa vaxtımız olmadı”
“Ukrayna yığması güclü rəqibdir. Bu gün həm müdafiədə, həm də hücumda istənilən səviyyədə oynamadıq”. İdman.com.az saytının məlumatına görə, bu sözü Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.

O, V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Azərbaycan – Ukrayna oyunundan (2:3) sonra matçla bağlı fikrini açıqlayıb: “İkinci hissədə nisbətən yaxşı təsir bağışlasaq da, hesabı bərabərləşdirə bilmədik. Biro Jade və Tveryankinin yoxluğunu hiss etdik. Qeyd edim ki, bayramdan sonra hazırlıq üçün kifayət qədər vaxtımız olmadı”.

Xəbər 924 dəfə oxundu.