“Sumqayıt” futbol klubunun komandaları finala vəsiqə qazanıb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkil etdiyi U-10, U-11, U-12 və U-13 liqalarında “Sumqayıt”ın hər dörd komandası final mərhələsinə vəsiqə qazanıb.

Klubun U-10 komandası “Sumqayıtspor”u 5:3, U-11 komandası “Quba”nı 4:1, U-12 komandası İOEGİM-i 4:0, U-13 komandası isə İOEGİM-i 4:1 hesabı ilə məğlub edib.

Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası isə AFFA-nın U-17 liqasında kubokun cavab oyununda “Bakı”ya 1:2 hesabı ilə məğlub olaraq, finala vəsiqə qazana bilməyib.

AZƏRTAC

Xəbər 807 dəfə oxundu.