Bursadan 8 medalla
Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımızın bir neçə üzvü Türkiyənin Bursa şəhərində ənənəvi beynəlxalq turnirdən 8 medalla dönürlər.

14-15 yaşlı yeniyetmələrdən Hümmət Baxşəliyev (-52 kq), 16-18 yaşlı gənclər arasında isə Roman Heydərov (-68 kq) və Elman Babayev (-76 kq) yarışın qalibi olublar. Gənclər arasında Mircəlal Ələkbərov (-55 kq), Elcan Məmmədrzayev (-61 kq) və Emil Güləhmədov (+76 kq), eləcə də qızlardan 14-15 yaşlı yeniyetmələr seçməsinin üzvü Bəsti İsmayılova (+54 kq) və yuxarı yaşlılardan Şölə Həsənova (-47 kq) bürünc medallara sahib olublar.

16-18 yaşlı gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyevin rəhbərliyi ilə yarışda iştirak edən aşağı yaşlı karateçilərimizin 3 qızl və 5 bürünc medal nəticəsi ümumi komanda hesabında Azərbaycanı birinci pilləyə yüksəldib.

Milli dərəcəli hakim Mehman Əlirzayev də 8 ölkə və Türkiyənin bütün bölgələrinin qatıldığı turnirin referiləri arasında olub. İdmançılarımız aprelin 7-də Bakıya dönəcəklər.

Xəbər 704 dəfə oxundu.