Qrossmeysterlərimiz sülh bağladılar
Niderlandın Veyk-an-Zeye şəhərində şahmatçılar arasında ənənəvi beynəlxalq superturnir davam edir. İdman.com.az saytının məlumatına görə, ən güclülərin yer aldığı qrupda 2 tur arxada qalıb. Bu gün Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2773) qara fiqurlarla niderlandlı Aniş Giri (2714) ilə heç-heçə edib.

Eyni nəticəni milli komandamızın digər aparıcı şahmatçısı Vüqar Həşimov (2761) göstərib. O, ağ fiqurlarla ABŞ-lı Qata Kamski (2732) ilə bərabər oynayıb.
Qeyd edək ki, Teymurun hesabında 1 xal var və idmançımız 4-8 yerləri bölüşdürür. Aktivində yarım xal olan Vüqar 9-13-cü pillərdə qərarlaşıb.

Xəbər 1135 dəfə oxundu.