Rafael Orteqa seminara başladı
Azərbaycan Mİlli Karate Federasiyasının dəvəti və Baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Dünya Karate Federasiyası (WKF) Hakimlər komissiyasının üzvü Rafael Orteqanın Bakıda seminarı başlanıb. Tanınmış fransız mütəxəssis yerli hakimlərə 2 gün seminar keçəcək.

R.Orteqa seminarda yarış qaydaları və referilik mədəniyyəti, yarış iştirakçılarının hakimlərlə təması, eləcə də digər təcrübələrini bölüşəcək.

Xəbər 931 dəfə oxundu.