Futzal millimiz Ukraynaya məğlub oldu
V Bakı Beynəlxalq Futzal Turnirinin ikinci oyun gününə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, ilk qarşılaşmada Türkiyə və Özbəkistan milli komandaları üz-üzə gəlib. İlk turda uduzanların görüşündə qapılara qol vurulmayıb – 0:0.

Bir gün əvvəl meydanı qələbə ilə tərk edənlərin dueli isə həlledici xarakter daşıyıb. Belə ki, digər 2 komandanın xal itkisi Azərbaycan – Ukrayna matçını finala çevirib. Bu matçda qalib gələn tərəf son gurdan asılı olmayaraq kubokun sahibi adını qazanacaqdı. Son vaxtlar millimiz üçün asan rəqibə çevrilən ukraynalılar sindromu qıraraq Bakıdakı qələbə ilə kubokun sahibi olublar – 3:2. Hesab 0:3 olarkən millimizi penaltidən Serjao, sonra isə Felipe fərqləniblər.

1. Ukrayna 2 2 0 0 8-3 6
2. Azərbaycan 2 1 0 1 5-5 3
3. Özbəkistan 2 0 1 1 2-3 1
4. Türkiyə 2 0 1 1 1-5 1

Xəbər 934 dəfə oxundu.