Futbol üzrə U-16 UNICEF qızlar Liqasının 2014/2015-ci il mövsümü başa çatıb
Futbol üzrə U-16 UNICEF qızlar Liqasının 2014/2015-ci il mövsümü başa çatıb.

Liqanın son iki oyunu Bayıl stadionunda keçirilib. Üçüncü yer uğrunda qarşılaşmada Zaqatalanın eyniadlı təmsilçisi Qaxın uşaq-gənclər idman məktəbinin komandasına 6:0 hesabı ilə qalib gəlib. Finalda isə “İmişli” komandasını 3:1 hesabı ilə məğlub edən Bakının “Təhsil” komandası U-16 UNICEF qızlar Liqasının qalibi olub.

Final oyunundan sonra keçirilən təltifetmə mərasimində mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov və Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin müdir müavini Vasif Məmmədov təqdim ediblər.

Liqanın ən yaxşı oyunçusu “İmişli” komandasının üzvü Rövşanə Sərdarlı seçilib. Mövsümün ən məhsuldar futbolçusu isə 29 qolla “Təhsil” komandasının üzvü Nərminə İsmayılova olub.


Xəbər 1295 dəfə oxundu.