Dünya çempionatından 6 medal
Portuqaliyanın Vaqos şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatında idmançılarımız uğurla çıxış ediblər. Kunq-fu sanda yarışlarında ölkəmizi 7 idmançı təmsil edib.

Turnirdə Ramil Allahverdiyev (60 kq), Fəqan Məmmədov (70 kq), Məzahir Əliyev (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Yarışda 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Elçin Atakişiyev isə millimizə gümüş medal qazandırıb.

Gənclərin mübarizəsində Kamil Ağazadə (80 kq) qızıl, Abbas Hümbətov (70 kq) isə gümüş medala sahib olublar.

Xəbər 653 dəfə oxundu.