Elman Muxtarov qızıl, Taleh Məmmədov bürünc medal qazandı
İstanbulda Yunan-Roma güləşi üzrə böyüklər arasında Vehbi Emrenin xatirə turniri start götürüb. 21 ölkədən ümumilikdə 250 güləşçinin iştirak etdiyi yarışda ilk gün 59, 71, 80 və 98 kq çəki dərəcələrində güləşçilər mübarizə aparıb.

59 kq çəki dərəcəsində mübarizə aparan Elman Muxtarov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Qazaxtsandan Daulet Absalimov, komanda yoldaşları Orxan Əhmədov və Taleh Məmmədov, yarımfinalda Belarusdan Soslan Daurov üzərində qələbə qazanan Elman finalda Qırğızıstandan Arsen Yeraliyevi məğlub edib.

59 kq-da digər təmsilçimiz Taleh Məmmədov isə bürünc medala sahib olub. Həlledici görüşdə Belarusdan Soslan Daurovu məğlub edən güləşçimiz fəxri kürsünün üçüncü pilləsində yer alıb.

59 kq
FİNAL - Elman Muxtarov - Arsen Yeraliyev (KGZ) 2:1
Bürünc medal görüşü - Taleh Məmmədov - Soslan Daurov (BLR) 6:1
Təsəlliverici görüş - Virgil Muntenau (ROU) - Rövşən Bayramov
Təsəlliverici görüş - Daulet Absalimov (KAZ) - Taleh Məmmədov 1:6
Təsəlliverici görüş - Daulet Absalimov (KAZ) - Orxan Əhmədov 1:0
1/2 final - Soslan Daurov (BLR) - Elman Muxtarov 2:3
1/4 final - Rövşən Bayramov - Arsen Yeraliyev (KGZ) 0:5
1/4 final - Elman Muxtarov - Taleh Məmmədov 4:1
1/4 final - Murad Məmmədov - Soslan Daurov (BLR) 2:10
1/8 final - Kürşat Kiraz (TUR) - Rövşən Bayramov 2:3
1/8 final - Aydın Nuqumanov (KAZ) - Murad Məmmədov 0:8
1/8 final - Kanibek Jolçubekov (KGZ) - Taleh Məmmədov 3:5
1/8 final - Orxan Əhmədov - Elman Muxtarov 2:3
1/16 final - Mazyar Şirmohammadi (FİN) - Rövşən Bayramov 1:11
1/16 final - Ruslan İtemgenov (KAZ) - Murad Məmmədov 0:4
1/16 final - Orxan Əhmədov - Sofian Salah (ALG) 8:0
1/16 final - Taleh Məmmədov - Jani Haapamaki (FİN) 2:0
1/16 final - Elman Muxtarov - Daulet Absalimov (KAZ) 1*:1
1/32 final - Erhan Karakuş (TUR) - İbrahim Nurullayev 8:0
1/32 final - Rövşən Bayramov - Fouai Fajari (MAR) 8:0

71 kq
1/4 final - Rüstəm Əliyev - Azamat Dumbirov (KAZ) 0:8
1/8 final - Darxan Bayaxmetov (KAZ) - Rüstəm Əliyev 1:1*
1/16 final - Rüstəm Əliyev - Refik Ayvazoğlu (TUR) 5:1

98 kq
1/8 final - Marqulan Assembekov (KAZ) - Saman Təhmasibi 2:1
1/8 final - Rüfət Hüseynov - İrfan Mete (TUR) 1:4
1/16 final - Saman Təhmasibi - Hemza Haloui (ALG) 3:0

Xəbər 1090 dəfə oxundu.