Göyçayda güləş üzrə keçirilən respublika turnirinin qalibləri məlum olub
Göyçay rayonunda tanınmış bədən tərbiyəsi və idman xadimi, Əməkdar İdman Ustası və Əməkdar Məşqçi, Prezident təqaüdçüsü Ehsan Kərimovun xatirəsinə həsr edilən yunan-Roma güləşi üzrə IX respublika turniri başa çatıb.

Göyçay Olimpiya İdman Kompleksində 1998-2000-ci il təvəllüdlü idmançılar arasında keçirilən turnirdə 12 rayondan 100-ə yaxın güləşçi 10 çəki dərəcəsi üzrə mükafatlar uğrunda mübarizə aparıb. Üç gün davam edən yarışda Araz Şükürzadə (42 kq, Lənkəran), Samir Sülüyev (46 kq, Göyçay), Nemət Əsədov (50 kq, Gəncə), Azər Əbülfətov (54 kq, Göyçay), Nurlan Dadaşov (58 kq, Şirvan), Murad Orucov (63 kq, Bakı), Şəhriyar Tağızadə (68 kq, Sumqayıt), Kamran Xasalov (76 kq, Gəncə), Mətləb Teymurov (85 kq, Gəncə), Fərid Babayev (100 kq, Şirvan) birinci yeri tutub. İlk 3 yeri tutan idmançılara diplom və medallar təqdim edilib.

AZƏRTAC


Xəbər 834 dəfə oxundu.