“Smolyan-Zirvə” Bolqarıstan çempionatında uğurla çıxış etdi
“Zirvə” Beynəlxalq İdman Klubunun Bolqarıstan filialı da yarışlarda iştirakını davam etdirir. “Smolyan-Zirvə” klubunun nümayəndələri Sliven şəhərində keçirilən bütün yaş qrupları üzrə vahid ölkə çempionatında çıxış ediblər. Bu turnirdə 15 atletimiz qüvvəsini sınayıb.

Onlardan 6-sı fəxri kürsüyə qalxmağı bacarıb. Yaşı 13-ə qədər olan idmançıların mübarizəsində Emil Rayçev 50 kq çəki dərəcəsində toplamda 80 kq (32+48) nəticə ilə gümüş medal əldə edib.

Yaşı 15-ə qədər olan olan atletlərin mübarizəsində isə 77 kq çəki dərəcəsində Zlatomir Kovaçev fərqlənib. Toplam 190 kq (85+105) nəticə göstərən idmançı da fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qadınların yarışında “Smolyan-Zirvə” daha böyük uğur əldə edib. Hər üç atletimiz – Qalya Şatova (U-15), Vanya Luxova (U-17) və Milka Maneva (+20) qızıl medal əldə edərək gözəl nəticə nümayiş etdiriblər.

Xəbər 1043 dəfə oxundu.