“Naxçıvan Open 2015” beynəlxalq şahmat festivalı keçiriləcək
May ayının 01-dən 11 –dək Naxçıvanda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Naxçıvan Open 2015” beynəlxalq şahmat festivalı keçiriləcəkdir. Festival çərçivəsində 3 turnir (A-güclülər ,B-əmsalı 2250-dən az olanlar və C- uşaqların turniri) keçiriləcəkdir. Yarış isveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.Festivalda bir sıra tanınmış şahmatçılarla yanaşı qadınlar arasında Dünya Çempionu,Çin şahmatçısı Hou Yifan da iştirak edəcəkdir.

Xəbər 1338 dəfə oxundu.