Zemfira Meftəhəddinova: «Əsas məqsəd yüksək idman formasında olmaqdır»
Zemfira Meftəhəddinova bir neçə gündən sonra Stend Atıcılığı Kompleksində Hafiz Cəfərovun rəhbərliyi ilətəlim-məşqlərə başlayacaq. Bu barədə idman.com.az saytına olimpiya çempionu özü məlumat verib: «Səhhətimlə bağlı məşqlərə ara vermişəm. Bir neçə gündən sonra təlim-məşqlərə başlayacağam. Qarşıda bizi bir neçə yarış gözləyir. Bu ilin fevralında Küveytdə qran-pri keçiriləcək. Sonra dünya kuboku start götürəcək. Hansı yarışlarda iştirak edəcəyimiz hələ dəqiqləşməyib».

Ötən il lisenziya verən turnirlərdə uğur qazanmayan güllə atıcımız deyib ki, London Yay Olimpiya Oyunlarında iştirak imkanı hələ qalıb: «Bildiyiniz kimi, keçən il lisenziya xarakterli bir neçə turnirdə lisenziya qazanmağa çox yaxın olsam da, sonda bəxtim gətirmədi. Məsələn, Belqradda dünya çempionatında Rumıniya idmançısı yalnız, 1 xal fərqi ilə lisenziyaya sahib oldu. Mariborda Avropa çempionatında da belə bir vəziyyət yarandı. Ötən ilin nəticələrinə əsasən, bəzi idmançılara güzəştli kartın verilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi qərar çıxaracaq. Əsas məqsəd yüksək idman formasında olmaqdır».

Leyla Qurbanova

Xəbər 1505 dəfə oxundu.