Futbol Məktəbinin qızlardan ibarət komandaları ölkə çempionatının finalına vəsiqə qazanıb
“Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin qızlardan ibarət U-13 və U-16 komandaları Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən keçirilən qızlar arasında ölkə çempionatının finalına vəsiqə qazanıb.

U-13 qızlar liqası üç yarımqrupda 33 komandanın iştirakı ilə Şərq, Qərb və Şimal zonalarına, U-16 UNİCEF qızlar liqası iki yarımqrupda 16 komandanın iştirakı ilə Şərq və Qərb zonalarına bölünərək keçirilib. İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin U-13 və U-16 komandaları Şərq zonası qrupunda yer alaraq qrupların bütün oyunlarında qalib gəlib və finala vəsiqə qazanıb.

U-13 qızlar liqasının final oyunu aprelin 4-də, U-16 UNİCEF qızlar liqasının final oyunu isə aprelin 5-də “Bayıl Arena” stadionunda keçiriləcək.

AZƏRTAC

Xəbər 803 dəfə oxundu.