Elnur Məmmədli 2-ci dəfə “World Masters”də ən güclü oldu
Bu gün Qazaxıstanın Almatı şəhərində cüdoçular arasında “World Masters” beynəlxalq turniri başa çatıb. İdman.com.az saytnın məlumatına görə, rəqabətin ilk günündə mübarizəyə qoşulan 4 idmançımızdan yalnız biri fərqlənə bilmişdi. 1/4 finalda yaponiyalı Mikki Tanakaya uduzan Ramilə Yusubova 5-ci yer tutmuşdu.
Medal müjdəsi növbəti günə təsadüf edib.

Yanvarın 15-də təşkil edilən görüşlərdə yüksək ustalıq nümayiş etdirən Elnur Məmmədli (81 kq) 2-ci dəfə baş mükafata sahib çıxıb. O, finalda yaponiyalı Takahiro Nakaıni ippnola üstələyib.
Xatırladaq ki, ötən il bu vaxtı Bakıda keçirilmiş ilk eyni yarışda da olimpiya çempionumuz qalib adını qazanmışdı.

90 kq-da mübarizə aparan Elxan Məmmədov medal qazanmasa da, reytinq xalını yaxşılaşdıra bilib. Bir qələbə ilə 80 lisenziya xalı əldə edən titullu cudoçumuz, yekunda 5-ci olub.

Xəbər 1125 dəfə oxundu.