Hacıyev Yavər Hacı oğlu
Hacıyev Yavər Hacı oğlu 01 fevral 1956-cı ildə Bakı şəhərində anadan olub.
1980-cı ildən əmək fəaliyyətinə başlayıb. 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1991-ci ildə Bədən tərbiyəsi və idman əlaçısı, 2006-cı ildə isə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adlarına layiq görülüb. Ağır atletika üzrə beynəlxalq dərəcəli hakimdir. «Spartak» KBTİC KÖ-nin sədridir.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1405 dəfə oxundu.