Topaz Premyer Liqası: Turun hakimləri açıqlandı
Topaz Premyer Liqasının XXVII turunun hakim təyinatları açıqlanıb. Bu gün start götürəcək turun iki görüşündə 4, ikisində 6 ədalət təmsilçisi iş başında olacaq.
AFFA-nın Hakimlər Komitəsi “Bakcell Arena”dakı qarşılaşmalarda əlavə köməkçi hakimlərin də olmasını lazım bilib. “Qarabağ”la “İnter” arasında turun mərkəzi oyunu isə FİFA referisi Rəhim Həsənova tapşırılıb.

XVII tur
01 aprel (çərşənbə)

15:00. “Simurq” – AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Ramil Diniyev
Zaqatala şəhər stadionu

17:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Akif Əmirəli, Etibar Həsənov
“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Neftçi” – “Bakı”
Hakimlər: Xəlil Xəlilov, Mehman Mahmudov, Yaşar Abbasov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
“Bakcell Arena”

02 aprel (cümə axşamı)

18:00. “Qarabağ” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ömər Paşayev
“Bakcell Arena”

Xəbər 779 dəfə oxundu.