"Qəbələ" Bakıda hazırlaşacaq
Topaz Premyer Liqasının XXVII turunu oyun keçirmədən başa vuracaq “Qəbələ” vaxt itirmədən növbəti turun hazırlıqlarına başlayıb. "Qırmızı-qaralar”da cəmi bir günlük istirahət olub.

Dünəndən AZAL-la aprelin 5-də keçiriləcək qarşılaşmanın hazırlığına start götürən şimal təmsilçisi məşqlərini doğma məkanda davam etdirir. Roman Qriqorçukun komandasında yeganə itki zədəli Luis Hilario Dododu. Aprelin 3-nə qədər öz bazasında hazırlıq keçəcək “Qəbələ” həmin gün Bakıya gələcək və son məşqini aprelin 4-də qarşılaşmanın baş tutacağı “AZAL Arena”da edəcək.

Qeyd edək ki, XXVIII turun AZAL – “Qəbələ” oyunu aprelin 5-də keçiriləcək.

Xəbər 1086 dəfə oxundu.