Samir Ələkbərov üçün yeni iş
AFFA və Bakcell şirkətinin birgə əməkdaşlığı çərçivəsində Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində məşqçi dəyişikliyi baş verib. Aprelin 1-dən etibarən Samir Ələkbərov məktəbdə ingiltərəli mütəxəssis Mick Bennettin köməkçisi vəzifəsində çalışmağa başlayacaq.

Qeyd edək ki, daha öncə bu vəzifədə hazırda Azərbaycan milli komandasında baş məşqçinin köməkçisi olan Elxan Abdullayev çalışırdı.

Xəbər 831 dəfə oxundu.