"Neftçi" TRT-nin diqqət mərkəzində
"Ağ-qaralar"ın Türkiyənin Antalya şəhərindəki hazırlıqlarını davam etdirir. “ İdman.com.az saytının məlumatına görə, Azərbaycan çempionunun məşqlərini Türkiyənin məşhur TRT Avaz telekanalı diqqət mərkəzində saxlayır. Bu gün adı çəkilən telekanalın əməkdaşı "Neftçi"nin düşərgəsində çəkilişlər aparıb.

Bayraqdarın hazırlığı barədə reportaj TRT Avaz telekanalında efirə gedən "Futbol Avrasiya" verilişində göstəriləcək. Verilişdə komandanın hazırlıqları barədə ən yeni görüntülər və futbolçulardan müsahibələr yer alacaq. "Futbol Avrasiya" proqramının "Neftçi" haqqında hazırlanan buraxılışı yanvarın 17-də Bakı vaxtı ilə 22:00-da efirə gedəcək.

Xəbər 964 dəfə oxundu.