Teymur heç-heçə etdi, Vüqar uduzdu
Bu gün Niderlandın Veyk-an-Zeye şəhərində şahmatçılar arasında ənənəvi beynəlxalq turnir start götürüb. İdman.com.az saytının məlumatına görə, ən güclülərin yer aldığı qrupda 2 Azərbaycan qrossmeysteri mübarizə aparır. İlk turda Teymur Rəcəbov (2773) qara fiqurlarla italiyalı Fabiano Karuana (2736) ilə görüşüb. 23-cü gedişdə tərəflər sülh bağlayıblar.

Vüqar Həşimova (2761) startda dünyanın 1-ci şahmatçısı Maqnus Karlsenlə (2835) qarşılaşıb. Ağ fiqurlala oynayan təmsilçimiz 63-cü gedişdə norveçli idmançıya təslim olub.
Qeyd edək ki, yarış dairəvi sistem üzrə keçirilir və 13 turdan ibarətdir.

Xəbər 1120 dəfə oxundu.