"Bakı" güclü rəqibi ilə bacarmadı
Yanvar ayının 9-da Antalyaya yola düşən "Bakı" klubu bu gün ilk yoldaşlıq matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, "ağ-göylər" ilk görüşdə Niderlandın ən güclü komandalarından biri "AZ Alkmaar"la qarşılaşıblar.

Qış fasiləsinə lider kimi yollanan rəqib 17 turdan sonra 38 xalla Hollandiya çempionatının vahid lideridir.
Bu o deməkdir ki, Aleksandr Starkovun komandasını heç də asan sınaq gözləmirdi. Maraqlı mübarizədə "Bakı" tərəf-müqabilinə böyük hesabla məğlub olub. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan "Bakı" ikinci hissədə qapısında daha 3 top görüb. "Zolaqlılar"ın yeganə qoluna isə Uinston Parks imza atıb.
Qeyd edək ki, "Bakı" nğvbəti yoldaşlıq görüşünü yanvarın 19-da "İnqolştadt" klubuna qarşı keçirəcək.

"Bakı" (Azərbaycan) - "AZ Alkmaar" (Hollandiya) - 1:5
Qollar: Elm, 16 (0:1), Martens, 25 (0:2), 56 (0:4), Beerens, 32 (0:3), Uinston Parks, 87 (1:4), Bovmans, 90 (1:5)

Xəbər 998 dəfə oxundu.