Azərbaycan futbol ailəsinin 75000-ci üzvü
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb.

Artıq bu sistemdə qeydiyyata alınanların sayı 75 min nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 75000-ci üzvü “Mançester Yunayted Futbol Məktəbi” layihəsində iştirak edən 24 aprel 2007-ci il təvəllüdlü Raul Hüseyn oğlu Əliyevdir.

Xəbər 875 dəfə oxundu.