"İnter" Lənkərana yola düşdü
Sabah ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Xəzər Lənkəran"ın qonağı olacaq "İnter" bu saatlarda Lənkərana yola düşüb. Komandanın oyunöncəsi son məşqi saat 17.00-da Lənkəran Şəhər Stadionunda baş tutacaq. Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" qarşılaşması martın 13-ü, saat 17.00-da başlayacaq. İlk oyun "İnter"in 2-0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər 912 dəfə oxundu.