"Qəbələ"nin aparıcı üzvləri "Simurq"a qarşı oynamaya bilər
Məlum olduğu kimi Ölkə kubokunun 1/4 fian mərhələsi çərçivəsində "Qəbələ" Zaqatalada "Simurq"un qonağı olacaq. Komanda sözügedən səfərə oyun günü yollanacaq. Komandanın Zaqatalada məşq etməyəcəyi dəqiqdir. "Zaqatala şəhər Stadoionu"nun ot örtüyünün süni olduğu üçün baş məşqçi Roman Qriqorçukun "Simurq"a bir neçə aparıcı futbolçuya şans verməyəcəyi gözlənilir.

Qeyd edək ki, "Simurq" - "Qəbələ" oyunu martın 13-də keçiriləcək.
Xatırladaq ki, komandalar arasında baş tutan ilk oyun "Simurq"un 3-0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər 764 dəfə oxundu.