Qapıçılar üçün seminar təşkil olunacaq
Aprelin 20-də və 27-də Bakı şəhərində AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün iki günlük seminar təşkil olunacaq. Məşğələlər ispaniyalı mütəxəssis Viktor Migel Fernandez tərəfindən keçiriləcək.

Seminarda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Tərcümeyi-hal

Seminarda iştirak ödənişsizdir.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: anar.shikhaliyev@affa.az
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər aprelin 3-dək qəbul olunur. Sənədləri qaydasında olan ilk 40 nəfər məşqçi seminarda iştirak edəcək.

Xəbər 1020 dəfə oxundu.