"Qəbələ" "Simurq"la oyuna hazırlaşır
“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlıqlarına start verib. Topaz Premyer Liqasının 25-ci turunun “Sumqayıt”la oyunundan sonra (2:0) bir gün istirahət edən “qırmızı-qaralar” ötən gün ilk məşqinə çıxıb.

Martın 13-də Zaqatala şəhər stadionunda “Simurq”a qarşı keçiriləcək matça doğma meydanda hazırlaşan komanda tam heyətlə məşq edə bilməyib. Zədə üzündən komandadan ayrı düşən Dodo hazırlıqdan kənar qalıb. Roman Qriqorçukun futbolçuları bu gün də Qəbələdə məşq edəcək. Komandanın martın 12-də səfərə yollanması planlaşdırılıb.

1/4 final mərhələsinin Zaqatala şəhər stadionunda keçiriləcək cavab oyunu saat 17:00-da başlayacaq.


Xəbər 792 dəfə oxundu.