Rəşad Abdullayev: "Belə ağır cəza gözləmirdim"
Bu gün AFFA İntizam Komitəsinin qərarına əsasən AZAL - "Bakı" oyununda rəqib futbolçu Mahir Mədətovu söydüyünə görə Rəşad Abdullayevə 3 oyunluq cəza verilməsi və klubun 2000 manatlıq cərimə olunması barədə xəbər vermişdik. Məsələ ilə bağlı Rəşad Abdullayev belə ağır cəza gözləmədiyini bildirib : "Açığı məşqdə idim. Qərarla biraz əvvəl tanış olmuşam. Mənim üçün çox ağır cəza oldu. Ən azı 2 oyunluq cəza alacağımı gözləyirdim. Yəqin ki, rəhbərlik cəzanın azaldılması ilə bağlı hansısa tədbirlər görəcək."

Xəbər 760 dəfə oxundu.