«Baku Alovları» Çində də üstün oldu

Ümumdünya Boks Seriyasının (WSB) VI turunun matçları keçirilib. İdman.com.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi «Baku Fires» Çinin Makao şəhərində «Beijing Dragons» klubu ilə görüşüb. Qarşılaşma Bakı komandasının qələbəsi ilə başa çatıb – 4:1. «Baku Alovları» növbəti matçını yanvarin 21-də «İstanbul Bosphorus» komandasına qarşı keçirəcək.
«B» qrupunda digər matçların nəticələri: «Mexico City Guerreros» (Meksika) – «Leipzig Leopards» (Almaniya) – 5:0, «İstanbul Bosphorus» (Türkiyə) – «Paris United» (Fransa) – 4:1.

«Beijing Dragons» - «Baku Fires»

54 kq. Kvinqksian Mai (Çin) - Qairbəy Germaxanov (Azərbaycan) - 46:48, 45:49, 46:49
61 kq. Ksiaohu Liu (Çin) – Semyon Qrivaçyov (Azərbaycan) - 48:47, 48:47, 49:46
73 kq. Donqksu Şanq (Çin) – Məhəmməd Nurudzinov (Belarus) – 46:49, 47:48, 45:50
85 kq. Jianjenq Vanq (Çin) – Ramazan Məhəmmədov (Azərbaycan) - 48:47, 46:49, 46:49
+91 kq. Cozef Dennis Parker (Yeni Zelandiya) – Hacı
Murtuzəliyev (Azərbaycan) - 47:48, 47:48, 47:48.

Turnir cədvəli:

1.«Baku Fires» – 18 xal, döyüşlərin fərqi - 25-5 (6 matç)
2.«Leipzig Leopards» – 10, 15-15 (6)
3.«Mexico City Guerreros» – 10, 16-13 (6)
4.«Istanbul Bosphorus» – 8, 14-16 (6)
5.«Paris United» – 7, 9-15 (5)
6.«Beijing Dragons» – 3, 5-20 (5)

Xəbər 1131 dəfə oxundu.